Qubada baş verən yanğınla əlaqədar bir nəfər məsuliyyətə cəlb edilib
1-09-2022, 16:03
Oxunub: 19 144
Qubada baş verən yanğınla əlaqədar bir nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Quba regional qrupu məlumat yayıb.
Bildirilib ki, Quba RPŞ-nin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı hadisənin məsuliyyətsizlikdən və ehtiyatsızlıqdan baş verdiyi müəyyən edilib.
Belə ki, rayon sakini Səxavət Mikayılov ona məxsus həyətyanı sahəsində təmizlik işləri apararkən quru otlaq sahəsini yandırıb və nəticədə alov yayılaraq beş sot quru otlaq sahəsi və kol-kos yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Hadisə yerinə Quba RPŞ-nin və YMX-nin əməkdaşları cəlb olunublar.
Polis əməkdaşları tərəfindən S.Mikayılovun barəsində İnzibati Xətalar Məcəlləsinin 244-1-ci (Əkin yerinin yandırılmasına görə) maddəsinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilib.
Çox Oxunanlar
- 6-09-2023, 16:00 : İlham Əliyev Fərman imzaladı
Siyasət / Xəbərlər
- 16-09-2023, 11:21 : Borca görə axtarışda olan 160 nəfər saxlanıldı
Xəbərlər / Ölkə
- 9-09-2023, 18:00 : Bu icra başçısı da müavinini işdən çıxardı
Xəbərlər / Ölkə
- 16-09-2023, 18:00 : NATO-nun Baş Qərargah rəisləri toplandı
Dünya / Xəbərlər
- 7-09-2023, 09:25 : 7-ci sinif şagirdi küləyə görə faciəvi şəkildə öldü
Sosial / Xəbərlər
- 26-09-2023, 17:46 : Çay Üzü kəndinə təbii qaz verilib
Xəbərlər / Ölkə
- 26-09-2023, 09:43 : Qənirə Paşayevanın son durumu açıqlandı
Xəbərlər / Ölkə
- 12-09-2023, 18:00 : Messi 11 milyona villa aldı
İdman / Xəbərlər
- 15-09-2023, 18:48 : Tərtərin Azad Qaraqoyunlu kəndində Heydər Əliyev Fondu tərəfindən inşa edilən məktəb binası istifadəyə verilib
Bölgə / Xəbərlər
- 30-09-2023, 18:18 : Ermənistandan açılan snayper atəşi: şəhidimiz var - MN
Xəbərlər / Ölkə