Türkiyə bu əraziyə ordu göndərir
3-06-2023, 14:26
Oxunub: 1 400
Kosovada yaşanan hadisələrə görə NATO-nun tələbi əsasında Türkiyə ordusunun 65-ci mexanikləşdirilmiş piyada briqada komandanlığına tabe 1 komando tağımının bölgəyə göndərilməsi qərarlaşdırılıb.
Bolgə.TV xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
Qeyd edilir ki, sülhməramlı tağım 4-5 iyunda Kosovadakı Sultan Murad Qışlasına yerləşdiriləcək.
Qeyd edək ki, Kosovanın şimalında yaranan gərginliklə bağlı hə Kosova, həm də Serb rəhbərləri Türkiyə lideri Ərdoğandan vasitəçilik xahişi edib.