BolgeXeber.Com » Mədəniyyət » "Eurovision -2022" bu şəhərdə keçiriləcək - DƏQİQLƏŞDİ

"Eurovision -2022" bu şəhərdə keçiriləcək - DƏQİQLƏŞDİ

8-10-2021, 13:58
Oxunub: 3 480 "Eurovision" Beynəlxalq Mahnı Müsabiqəsi 2022-ci ildə Turin şəhərində keçiriləcək.

İtaliya Radio və Televiziya Korporasiyasının (RAI) rəhbərliyi yaxın vaxtlarda bu qərarı rəsmən elan edəcək.

Lakin Turinin namizədliyi artıq təsdiqlənib.
Qeyd edək ki, İtaliya "Maneskin" qrupunun qələbəsindən sonra "Eurovision"a ev sahibliyi etmək hüququ qazanıb. Bu, İtaliya üçün "Eurovision" tarixində üçüncü, 1990-cı ildən bəri ilkdir.