BolgeXeber.Com » Xəbərlər » Yol polisləri xanım sürücüləri təbrik edib

Yol polisləri xanım sürücüləri təbrik edib

8-03-2023, 15:24
Oxunub: 1 448

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) əməkdaşları xanım sürücüləri və piyada xanımları təbrik edib.


Bolgə.TV xəbər verir ki, onlar qadın sürücüləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər.


BŞDYPİ-nin əməkdaşları xanım sürücülərin idarə etdiyi avtomobilləri saxlayıb sükan arxasında əyləşən zərif cinsin nümayəndələrinə gül dəstələri və hədiyyələr təqdim edib, onlara 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbriklərini çatdırıblar.


Bayram münasibətilə həmçinin, avtobusda olan qadın sərnişin və piyada xanımlara da yol polis əməkdaşları tərəfindən gül dəstələri təqdim edilib.