“Nar” abunəçilərinin 98%-i müştəri xidmətlərindən məmnun qalıb
10-03-2023, 14:03
Oxunub: 1 552
Bolgə.TV xəbər verir ki, mobil operator “Nar” ötən il ərzində göstərdiyi xidmətlərlə bağlı müştəri məmnuniyyəti göstəricilərini açıqladı. 2022-ci ildə müştərilərinə təqdim etdiyi xidmətin keyfiyyətini üstün səviyyədə saxlamağı bacaran “Nar” abunəçilərinin böyük əksəriyyətinin razılığını qazanıb.
2022-ci ildə müxtəlif sorğularla “Nar” mərkəzlərini ziyarət edənlərin 98.6%-i göstərilmiş xidmətdən məmnun qalıblar. Ötən ilin hesabatına əsasən, 777 Çağrı Mərkəzi və Nar+ tətbiqinə müxtəlif sorğularla 2 milyona yaxın abunəçi müraciət edib. Çağrı Mərkəzində göstərilən xidmətdən abunəçilərin 89%-i, Nar+ tətbiqindən yararlananlardan isə 87%-i razılıq bildirib.
Abunəçilərinə sosial şəbəkələr üzərindən də sorğu göndərməyə imkan yaradan “Nar” sosial platformalarda 16 mindən çox abunəçi müraciətini cavablandırıb. Daxil olan müraciətlərə orta hesabla 5 dəqiqə ərzində cavab verilib. Müraciətlər daha çox tariflər, internet paketləri və nömrə ilə bağlı əməliyyatlar haqqında olub.
Mobil operator göstərilən xidmət səviyyəsini artırmaq üçün 2023-cü ildə də müştəri mərkəzlərini yeniləməyə davam edir. Bundan başqa, abunəçilərə özünəxidmət rahatlığı verən Nar+ tətbiqinin təkmilləşdirilməsi bu il üçün qoyulan əsas hədəflərdəndir.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər