BolgeXeber.Com » Bölgə » İmişlidə bu məsələ ilə bağlı profilaktik tədbirlər davam edir

İmişlidə bu məsələ ilə bağlı profilaktik tədbirlər davam edir

18-12-2023, 10:07
Oxunub: 2 168

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bolgə.TV-yə verilən məlumata görə, aparılan tədbirlər nəticəsində son iki gün ərzində rayon sakinləri tərəfindən 3 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi könüllü olaraq polis əməkdaşlarına təhvil verilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.