BolgeXeber.Com » Bölgə » Bərdədə antiterror şəhidlərinin ailələrinə orden və medallar təqdim olunub

Bərdədə antiterror şəhidlərinin ailələrinə orden və medallar təqdim olunub

28-12-2023, 16:45
Oxunub: 2 328

Bolgə.TV xəbər verir ki, Bərdədə antiterror şəhidlərinin ailələrinə orden və medallar təqdim olunub


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 07 noyabr 2023-cü il tarixli müvafiq sərəncamına əsasən 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilən antiterror əməliyyatları zamanı ərazi bütövlüyümüz uğrunda qəhrəmanlıqla canından keçən şəhidlərimiz orden və medallarla təltif olunmuşdur.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Mehdizadə Mirpaşa Yaqub oğlu, Həmidov Şamxal Musa oğlu və Lətifov Elməddin Qabil oğlu ölümündən sonra 3-dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalları ilə təltif olunublar.

Orden və medallar şəhidlərimizin ailələrinə Müdafiə Nazirliyinin nümayəndələri və rayon İcra Hakimiyyətinin məsul əməkdaşları tərəfindən təqdim olunmuşdur.


Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyirik!