BolgeXeber.Com » Bölgə » İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib

İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib

9-01-2024, 14:26
Oxunub: 1 664

Bolgə.TV xəbər verir ki, İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 24 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.

Qəbula gələn vətəndaşlar əsasən sahibkarlıq üçün torpaq sahəsinin ayrılması, ev növbəsinin tezləşdirilməsi, işlə təmin olunma,  maddi köməklik, həyatyani və pay torpaq sahəsinin ayrılması, ev təmirinə köməklik, evinə qaz və işıq xəttinin çəkilməsi, ünvanlı sosial yardım almasına köməklik və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.

Rayon sakinləri ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.