BolgeXeber.Com » Bölgə » Bərdə Rayon İcra Hakimiyyətinin başçısının rayonun​ Qasımbəyli​ kəndində səyyar qəbul-görüşü keçirildi

Bərdə Rayon İcra Hakimiyyətinin başçısının rayonun​ Qasımbəyli​ kəndində səyyar qəbul-görüşü keçirildi

11-01-2024, 12:46
Oxunub: 1 624


Bolgə. TV xəbətər verir ki, vörüşdə rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak etmişlər.


Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində, həmçinin Qasımbəyli kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verdi.

Daha sonra RİH başçısı Vidadi İsayev görüşdə iştirak edən sakinlərin kənddə subartezian quyusuna xidmət edən elektrik güc transformatorunun texniki normaya gətirilməsi, içməli su şəbəkəsinin müxtəlif hissələrində su borularında yaranmış nasazlığın aradan qaldırılması, Muğanlı kənd tam orta məktəbində hərbi müəllim kimi işlə təmin olunma, kənd yolunun kənarından keçən təbii qaz boru xəttinin yerinin dəyişdirilməsi, özünüməşğulluq proqramı çərçivəsində iribuynuzlu heyvan verilməsi, içməli su artezian quyusunun elektrik kabelinin texniki normaya gətirilməsi, güclü külək əsən zaman təhlükə törədən qovaq ağaclarının kəsilməsi, maddi yardım olunması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.