BolgeXeber.Com » Sosial » Aşağı məvacib ürək üçün təhlükəlidir

Aşağı məvacib ürək üçün təhlükəlidir

2-11-2023, 08:41
Oxunub: 3 264

Bölgə Tv xəbər verir ki, elm adamları hansı iş problemlərinin sağlamlıq üçün təhlükəli olduğunu müəyyən ediblər.

Kanadalı alimlər 6465 işçinin təxminən 19 illik müşahidə məlumatlarını təhlil edərək məyusedici nəticəyə gəliblər.

Məlum olub ki, işdəki stress və sərf olunan əməklə alınan məvacib arasındakı uyğunsuzluq ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artırır.

Araşdırmaya görə, işdəki problemlərdən ən çox kişilər əziyyət çəkirlər. Əgər işçini ya həddindən artıq yüklənmə, ya da qeyri-adekvat əmək haqqı narahat edirsə, onda ürək xəstəliyi təhlükəsi 49% artır.

Həddindən artıq işləyən və az maaş alan kişilərdə ürək-damar patologiyası riski ikiqat, 103% artır.

Alimlər qeyd edirlər ki, bu risk faktoru ürək üçün piylənmə qədər təhlükəlidir və infarkt kimi bir çox xəstəliklərin əsas səbəbləri arasındadır.