BolgeXeber.Com » İdman » "Formula 1": Sprint yarışının təsnifat mərhələsində lider bəlli olub

"Formula 1": Sprint yarışının təsnifat mərhələsində lider bəlli olub

29-04-2023, 14:01
Oxunub: 1 856
"Formula 1" üzrə Azərbaycan Qran-prisində sprint yarışının təsnifat mərhələsi başa çatıb.

Bolgə.TV xəbər verir ki, "Ferrari"dən Şarl Lekler "Sprint shootout"u ilk pillədə başa vurub.

O, yarışın sonlarında təhlükəsizlik maneəsinə çırpılsa da, rəqiblər Leklerin nəticəsini keçə bilməyiblər. Monakolu pilot ötən gün sıralama turunda da lider olmuşdu.

"Red Bull"dan Serxio Peres ikinci, onun komanda yoldaşı Maks Ferstappen isə üçüncü sırada qərarlaşıb.