BolgeXeber.Com » İdman » "Real Madrid"in avtobusu qəzaya uğrayıb

"Real Madrid"in avtobusu qəzaya uğrayıb

13-02-2024, 08:28
Oxunub: 2 320
“Real Madrid”in futbolçularını və məşqçilər heyətini daşıyan avtobus Çempionlar Liqasının 1/8 final mərhələsində "RB Leypsiq"lə oyuna gedərkən qəzaya uğrayıb.

Bu barədə “El Chiringuito TV” portalı məlumat yayıb.
Qeyd olunur ki, hadisə Almaniyada baş verib. Magistral yol ilə hərəkət edən avtomobilin sürücüsü “Real Madrid”in futbolçularını aparan avtobusu çəkməyə çalışıb. Bu zaman o, idarəetməni itirib və onun avtomobili ispan klubunun avtobusu ilə toqquşub. Xəsarət alan olmayıb.
Fevralın 13-də “Red Bull Arena”da Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Real Madrid” və “RB Leypsiq” komandaları arasında ilk oyun keçiriləcək. Cavab oyunu martın 6-da Madriddə "Santyaqo Bernabeu" stadionunda olacaq